Oruc tutanların diqqətinə: Mütəxəssislər xəbərdarlıq edir
Ramazan ayında infarkt və iflic olma riski digər zamanlara nisbətən daha yüksəkdir.
Publika.az xəbər verir ki, mütəxəssislər bunu ağır yeməklər və yuxu rejimin pozulması ilə əlaqələndirir.
Ramazan ayında ağır yeməklər ürək infarktı və iflic riskini artırır. Yuxusuzluq da bu riski dəstəkləyən faktorlardan ən əhəmiyyətlisidir. Yuxusuzluqdan əziyyət çəklənlərdə anidən damaların tıxanması və insult keçirmək ehtimalı 4 qat daha çoxdur.
Nevropatoloqlar bildirir ki, bu problemlərdən əziyyət çəkən xəstəyə ilk 6 saat ərzində anju əməliyyatı olunmalıdır. Bu yolla müalicə olunan 3 xəstədən 1-i əvvəlki həyatına geri qayıda bilir.
Simptomları
Bir insanın dodaqları və üzündə cizgilərin yerinin dəyişməsi, qolu və ya ayağını hiss etməməsi, nitqində problemin yaranması və görmə qabiliyyətində müvəqqəti məhdudiyyətin olması infarktdan xəbər verir. Ayağa qalxmağa çalışan insan bunu bacarmırsa, qollarını yuxarı qaldıra bilmirsə, fikirlərini doğru şəkildə çatdırmaqda çətinlik çəkirsə, iflic olma ehtimalı olduqca yüksəkdir.
Yaş, genetika, aliədə bəzi xüsusiyyətlərlə yanaşı, yüksək təzyiq, diabet və ürək-damar xəstəlikləri, xolestrol da infarkta səbəb ola bilər. Mütəxəssislər bu məqamda Ramazan ayında qidalanmaya diqqət çəkir. Xüsusilə, iftarda diqqətli qidalanmaq tövsiyə olunur. 17 saat aclıqdan sonra ağır yeməklərin yeyilməsi, onun ardınca isə siqaret çəkilməsi beyin qanamasına səbəb ola bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Son gün ərzində peyvənd olunanların sayı açıqlanıb
Gəncənin yeni icra başçısı hansı nazirlə qohumdur? - TƏFƏRRÜAT (FOTOLAR)
Asqıranda burun və ağzınızı tutmayın - AĞIR FƏSADLARI
Gündə neçə litr su içmək lazımdır? — Suyun orqanizmə faydaları
FHN mərkəzdə baş verən partlayışla bağlı RƏSMİ AÇIQLAMA yaydı - VİDEO
Marketlərdə ərzaq qiymətlərində son vəziyyət - ARAŞDIRMA