"Orta məktəbi bitirmiş bir tələbə olmuşam" - Şəbnəm
“Hüseynova bacıları” verilişində Amerikanı Avropanın paytaxtı adlandıran müğənni Şəbnəm Tovuzlu ona irad bildirənlərə bu dəfə “Hər şey daxil”də cavab verib.
Müğənni savadsızlığını etiraf edib.
Şəbnəm bir çox ölkə vətəndaşlarını unutqanlıqda da qınayıb:
“Mən əslində nə həkiməm, nə müəlliməm, nə də alim. Mən orta məktəbi bitirmiş bir tələbə və kasıb bir ailənin övladı olmuşam. Mənim həvəsim oxumağa da o dərəcədə olmayıb. Mənim həvəsim musiqiyə olub, mənim musiqi təhsilim olub. Mən texnikomu Gəncədə bitirsəm də bu mənim ailəmin istəyi ilə olub. Allaha şükür, bal kimi səsim var. Mən bu gün coğrafiyanı bilməyə məcbur deyiləm. Mənim ifamı xalq sevirsə, bu mənim üçün böyük xoşbəxtçilikdir. Mən erkən nikah qurmuşam, ana olmuşam. Əziyyətlərim olub. Mən bu yerə gəlmişəm, ailəmi çox gözəl yaşatmışam, yaşadıram da. Bu o demək deyil ki, mən nəyisə bilmədimsə bu mənə irad tutulmalıdır. Bilməmək ayıb deyil, öyrənməmək ayıbdır. Mən bu cür reklam istəməmişəm. Bu gün 80 faiz gənclərimizə işğal olunmuş torpaqlarımızın adlarını soruşursunuz, bilmirlər”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
48 məktəb yeni tədris ilində onlayn keçir
Türk dövlətləri cinayətkarlığa qarşı birləşir: TÜRKPOL qurulacaq
Günəş enerjisi ilə evdən gəlir əldə et!
Nigar və Xan Qaraxanoğlu arasında qalmaqal: Kim haqlıdır?
Gülaydan yeni klip: "Vur ürəyim" təqdim olundu
Kofein qocalmanı ləngidə bilər: Britaniya araşdırması
Geely-nin 40 illiyi Şamaxıda coşqu ilə qeyd edildi