Aylardır ki, toylarla bağlı qərarlar müzakirə olunsa da, pandemiya səbəbindən tətbiq edilən qadağa ləğv edilmir. Zaman-zaman toyların keçirilməsinə icazə veriləcəyi iddia olunsa da, rəsmi olaraq heç bir açıqlama verilməyib.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov da toylarla bağlı Musavat.com-a açıqlamasında bildirib ki, hansı qərarların veriləcəyi barədə məlumat yoxdur.

Havalar istiləşdikcə insanlar açıq havada və ya palatkada toyların keçirilməsinə icazə verilməsini istəyir. Bundan əlavə iddia olunur ki, açıq havada az sayda insanla toyların keçirilməsinə icazə veriləcək. Toylara məhdud sayda qonaqla icazə verilməsi vətəndaşları alternativ axtarışına vadar edə bilər. Çünki az sayda qonaqla toy etmək şadlıq evlərinə sərf eləmir. Avtomatik qiymətlər qalxa bilər.

 

Bəs palatka toyları qayıdırmı? İnsanların, cəmiyyətin, sənət adamlarının bu cür toylara münasibəti necədir? 

Mövzu ilə bağlı Musavat.com-a danışan sosioloq Lalə Mehralı isə bildirib ki, əvvəllər palatkada keçirilən toylar indi açıq havada keçirilsin:

Bu cür cütlüklərin elə boşanması məsləhətdir” » Sedanews.az

“Açıq havada toyların keçirilməsinə icazə verilməlidir. Əgər virusun daha çox yayılmasından ehtiyat edilirsə, toylarla bağlı qaydalar tədbiq etsinlər. Allaha şükür indi hər şərait var. Restoranların həyətləri var,  dənizkənarlarında yay restoranları var. Əvvəllər insanlar çadırda toy edirdisə, indi həyətində edəcək.  İnsanlara toylarını etməyə icazə verilməlidir. İki ildir stress-həyəcan içərisində yaşayırıq, çoxumuzun psixologiyası pozulub. İnsanlara bu stressdən çıxmağa kömək etməlidirlər”.

Müğənni Afət Fərmanqızı jurnalisti döydürüb? - VİDEO

Müğənni Afət Fərmanqızı qeyd edib ki, palatkalarda keçirilən toylara sevərək qatılıb:

“Həmişə palatka toylarına getmişəm, restoranlarla keçirilən toylar arasında fərq qoymamışam. Eyni qiymət demişəm. Palatka toylarında verilən qazan yeməkləri, səmimiyyət restoran toylarında yoxdur. Təki elə palatka toylarına icazə verilsin. Bizim beynimizdəki toy modeli odur. Restoranda hər yer mərmər, soyuq ab-hava olur. Müğənninin səsi adamın başına düşür, çünki akustika üçün uyğun deyil. Evə gələndə başın ağrıyır. Mənim üçün fərqi yoxdur. Mən pandemiyadan əvvəl də palatka toylarına gedirdim, rayon-rayon, kənd-kənd gəzmişəm. Əsas odur ki, toy olsun. Fərqi yoxdur harada olmasının”

İzzət Bağırov toy qiymətlərindən danışdı

Müğənni İzzət Bağırov qeyd edib ki, toyların keçirilməsini sənət dostları kimi səbirsizliklə gözləyir:

“Bizim çox gözəl toy adətlərimiz var. İnsanlar da toylar üçün darıxıb Getdiyimiz şou proqramlarda da görürük ki, insanlar toylar, əylənmək üçün  darıxıb. Mən əvvəllər də palatka toylarına getmişəm. Çox gözəl məclis keçib. Palatka toylarındakı səmimiyyət də bir başqa olur. Təbii ki, toylara icazə verilsə, istər açıq havada, istər palatkada keçirilən məclislərə gedərəm. İkinci ildir ki, el şənliklərindən uzaq düşmüşük. Tək müğənnilər deyil, musiqiçilər, toy sektorundan qazanc əldə edən hər kəs məclislərin qayıtmasını səbirsizliklə gözləyir”