Oqtay Şirəliyevə yeni vəzifə verilir (İDDİA)

Ötən gün prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibini təsdiqlədi. Dövlət başçısının imzaladığı sərəncamda bəzi nazirliklərin adı yer almamışdı ki, onlardan biri də Səhiyyə Nazirliyidir.
Artıq bir müddətdir ki, səhiyyə naziri Oqtay Şirəliyevinvəzifəsindən azad olunacağı ilə bağlı xəbərlər yayılır. Nazirin yeni hökumətə təsdiqlənməməsi bu iddiaları daha da gücləndirib.
Minval.info saytı qaynarinfo-ya istinadən xəbər verir ki, artıq Oqtay Şirəliyev özü də tezliklə vəzifədən azad olunacağını bilir. Nazir bu səbəbdən təhvil-təslim işlərinə başlayıb.
Məlumatı verən mənbə iddia edir ki, Oqtay Şirəliyev nazir vəzifəsindən azad edildikdən sonra da işsiz qalmayacaq. Belə ki, o, Respublika Müalicəvi Diaqnostika Mərkəzinə baş həkim təyin ediləcək. Artıq onun üçün yeni iş yerində otaq da ayrılıb.
Qeyd edək ki, Otqay Şirəliyev 2005-ci ilin 20 oktyabrında səhiyyə naziri təyin edilib. Buna qədər isə o, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin baş həkimi olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı
72 stomatoloji klinikada nöqsanlar aşkarlandı
Azərbaycanda kütləvi şəkildə yayılan xəstəlik nədir? – AÇIQLAMA
Kardiologiya İnstitutunda nələr baş verir? - Açıqlama
Bakıdakı poliklinikalarla bağlı YENİLİK
Müalicəsi olmayan ölümcül virus yayıldı
Apteklərdə qiymətlər buna görə bahadır