“Onun çantasından beş manat oğurladım” - Afaq Bəşirqızı
Xalq artisti Afaq Bəşirqızı AzTV-də yayımlanan “Ağ və qara” proqramında “Ac uşağa görə oğurluq edərsiniz” sualını cavablandırıb.
Axşam.az xəbər verir ki, sənətçi uşaq ikən oğurluq etdiyini etiraf edib:
“Bir dəfə çox ac idim. Uşaqlar hamısı məktəbə kolbasa çörəklə gəlirdilər. Mən də kolbasanı çox sevirdim. Atam Mərkəzi Xəstəxanada yatırdı. Evimizə analığımın Zivər adlı qohumu gəlmişdi. Onun çantasından 5 manat götürdüm. Getdim kolbasa aldım, doğratdırdım, atamın kitab şkafında gizlətdim. Bir gün yemək mümkün oldu, səhəri gün kolbasa iyləndi. Vaxt keçdi. Mən artıq Afaq Bəşirqızı oldum. Eşitdim ki, həmin qadın Montində parça satır. Onu tapdım, dedim ki, Zivər xala, vaxtilə sənin çantandan beş manat pul götürmüşdüm, indi qaytarmağa gəlmişəm. O isə “Afaq, sən pulu götürəndə mən onu bildim, sənə halal edirəm” dedi. Dedim ki, belə halallıq istəmirəm. İndi əgər mən, öz aclığıma dözməmişəmsə, başqasının da aclığına dözmərəm. Uşaqları və qocaları çox sevirəm”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır