"Onun, bunun hesabına adam olub" - Pərvinlə Səmra dava etdi
Aktrisa Pərvin Abıyeva ilə model Səmra Hüseynova yenə dava edib.
Axşam.az xəbər verir ki, onlar arasındakı qalmaqal TikTok-da canlı yayımda yaşanıb. Səmranın yarışda Pərvini uduzdurması aktrisanın xoşuna gəlməyib. O bildirib ki, Səmranı dostluqdan silib:
“Həmişə xəyanətkar olmusan, hər zaman da elə olacaqsan. Mən ağılsız hər zaman sənə güzəştə getmişəm. Bu qızdan heç nə görməmişəm. Həmişə deyib mənə dəstək ol. İndi mənim üstümə “şir” (TikTok-da ən bahalı hədiyyələrdən biri) atır. Mən buna şir atıram, bu mənim üstümə gəlir. Pərvin bununla da onu sildi. Atdı, canı sağ olsun. Mənə də atardı hədiyyə. Başqa vaxt deyir, hədiyyə atmağı sevmirəm. Səmranı sıralamaya gətirən mən olmuşam, indi üzümə ağ olur”.
Səmra isə Pərvinin dediklərinə belə cavab verib:
“Onun, bunun hesabına adam olub. Burada beynimi çöndərməsin. Pulum yoxdur deməmişəm. Bəlkə sənin pulun yoxdur burada oturursan? Lap mənim pulum yoxdur otururam… Sən yoxsa acgözlüyündən burada oturursan? Camaatla zarafat edə bilməyəcəyik. Ona da hədiyyə atmışam. Birlikdə çörək kəsmişik, oyuna görə ağzına gələni deyir. Yaxşı ki, çörəyini yeməmişəm”.
https://youtu.be/K_xhnhcL6uQ
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
48 məktəb yeni tədris ilində onlayn keçir
Türk dövlətləri cinayətkarlığa qarşı birləşir: TÜRKPOL qurulacaq
Günəş enerjisi ilə evdən gəlir əldə et!
Nigar və Xan Qaraxanoğlu arasında qalmaqal: Kim haqlıdır?
Gülaydan yeni klip: "Vur ürəyim" təqdim olundu
Kofein qocalmanı ləngidə bilər: Britaniya araşdırması
Geely-nin 40 illiyi Şamaxıda coşqu ilə qeyd edildi