“Onları həyatımdan silmək üçün telefonu dənizə atdım” – İzzət
“Ümidi puç olmayan insan yoxdur. Ətrafımdakı insanların çoxunu həyatımdan sildim. Telefonu əlimə aldım, başladım nömrələri silməyə. Gördüm ki, yox, alınmır. Bulvara gedib, telefonu dənizə atdım”.
Bu sözləri müğənni İzzət Bağırov “X maqazin” verilişinə açıqlamasında deyib. O, dırnaqarası dostlarını həyatından sildiyini açıqlayıb:
“Pulsuzluqdan evdən çıxmadığım barədə yayılan xəbərlər yalandır. Toylarımız var, zəhmət çəkib, qazanıram. “Ümidlər puç olanda” adlı film çəkmişəm, bütün xərcləri cibimdən vermişəm. Hazlırda tamaşaçılar sevərək izləyir. Filmlə bağlı məni qınadılar ki, melodrama niyə çəkmisən? Tutmayacaq. Amma mənim janrım budur. Filmdən sonra məni itirib-axtarmayanlar dostlarımdan nömrələrimi istəyir. Deyirəm ki, sözünü sizə desinlər. O təzə çıxan müğənnilər var ki, 5 mərhələdən keçirsən, yenə onunla əlaqə qura bilmirsən… Biz özümüzü çox sadə aparmışıq, öz nömrəmizə zəng edirdilər. Daha özümü əlçatan etmirəm. İndi başa düşürəm ki, əlçatan olmaq lazım deyil, gərək özünü dartasan. Populyarlığı bir dəfə qazanırsan. Mən elə populyarlıq qazanmışam ki, heç kim mənim işığımı söndürə bilmədi. Allah istəmədən kimsə məni yıxa bilməz”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
