“Ondan ayrıldıqdan sonra depressiyaya düşdüm” – Oksana
Rəqqasə-aktrisa Oksana Rəsulova “Onun sirri” verilişində qonaq olub.
Musavat.com xəbər verir ki, aktrisa keçmiş həyat yoldaşı, reper Elşad Xose ilə ayrılıqlarının əsl səbəbini açıqlayıb: “Son 3 ildə qarşıma çıxmayıb, heç çıxmasın da. Həyatımda yaşanıb deyə, hər dəfə ondan sual verilməlidir? İndi başqa ailəm, uşağım var. Onun haqqında sualın yeri yoxdur.
Elşad Xose haqda heç nə danışmaq istəmirəm. Yetərincə əziyyət çəkmişəm. Əziyyətin həddi-hüdudu var və mən bir gün anladım ki, ora çatdım. Başa düşdüm ki, əziyyətim boşa getdi. Anladım ki, ona artıq nə sevgi, nə başqa bir şey verə biləcəm. Biz fərqli insanlarıq, ayrı yollar gedirik. Biz məcbur yollarımızı kəsişdirmişik. Elə anlamışıq ki, sevirik bir-birimizi. İndi başa düşürəm, onu sevməmişəm. Sadəcə, mərhəmət hissi olub.
Onunla ayrılıqdan sonra stress keçirdim, 2 il yarım depressiyaya düşdüm. Tamamilə məhv olmuşdum… Getdim psixoloq yanına. 16 il övladım olmadı, müalicələr alırdım. Psixoloq dedi, ürəyində o qədər uşaq istəmək hissi var ki, onu yönəltmisən başqasına. Başlamısan həmin insana qayğı göstərməyə. İndi bu insan beynimdən, qəlbimdən və ruhumdan çıxıb”.
Könül
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır