Ön çarpaz bağ yaralanmaları
Ortoped-travmatoloq Uzm. Dr. Cavid Xəlilov
Ön çarpaz bağın dizin stabilliyinin qorunmasında mühüm rolu var. Ön çarpaz bağı qopan xəstə müalicə olunmazsa, dizdə stabilliyin pozulması menisk patologiyası və oynaq qığırdağı zədələnməsi meydana çıxır.
Ön çarpaz bağ yaralanması sonrası aktiv xəstələrə onları hərəkətli yaşama döndərəcək normal diz kinematikasını və stabilliyini yenidən bərpa etmək məqsədilə cərrahi bağ rekonstruksiyası məsləhət görülür.
Cərrahi əməliyyata göstəriş olan ideal xəstə qrupu gənc (40 yaşdan aşağı) və ya aktiv həyat tərzi keçirənlərdir.
Ön çarpaz bağ yaralanması olan xəstələrdə ilk olaraq düzgün fiziki müayinədən sonra oynaq aralığının keyfiyyətini və sümük düzümünü dəyərləndirmək üçün rentgen müayinəsi olunmalıdır. MRT ön çarpaz bağ yaralanmalarında xəstənin aldığı travma hekayəsi və müayinə sonrasında detallı müayinə üçün tövsiyə olunur.
Cərrahi əməliyyat müasir artroskopik üsulla qapalı şəkildə icra olunur. Bağın bərpası üçün xəstənin müxtəlif metodlar və greft olaraq autogreft (hamstring vətəri sümük – patellar bağ-sümük grefti və budun dördbaşlı əzələsinin vətəri) istifadə olunur.
Əməliyyatdan sonra xəstənin dizinə dərəcəli ortez taxılır və dizin tam açıq vəziyyətdə yüklənməsinə icazə verilir. İdman hərəkətləri zamanı ortez çıxarılır. Xəstənin təkrarən idmana başlamasına 4-6 ay arasında yavaş-yavaş icazə verilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kefirin zərərləri: hər kəs üçün uyğun deyilmiş
Arıqlama iynələri dırnaqların qopması riskini artıra bilər
Gənc nəsildə xərçəng halları artacaq
Köhnəlmiş çörək xərçəng riskini artıra bilər
Bu halda isti vanna qəbul etmək olmaz
Kardioloqdan alkoqol istifadəsi ilə bağlı diqqətçəkən xəbərdarlıq
Damar tıxanmasının təhlükələri: Kardioloqdan ciddi xəbərdarlıq

