Mina qurbanları artır: Ombudsmandan beynəlxalq ictimaiyyətə çağırış
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva, Xocavənd rayonunda baş verən mina partlayışı nəticəsində bir şirkət əməkdaşının xəsarət alması ilə əlaqədar narahatlığını ifadə edib.
Minval.info xəbər verir ki, ombudsman, azad olunmuş ərazilərdə mina təhlükəsinin hələ də mövcud olduğunu vurğulayaraq, vətəndaşları təhlükəsizlik qaydalarına ciddi riayət etməyə və müəyyən olunmuş marşrutlardan kənara çıxmamağa çağırıb.
Ermənistanın uzun illər ərzində Azərbaycan ərazilərini minalarla çirkləndirməsi, münaqişədən sonrakı dövrdə də insanların həyatına təhlükə yaratmağa davam edir. Bu mina partlayışları, insanların təhlükəsiz mühitdə yaşamaq və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdış hüququna maneə törədir.
Ombudsman, beynəlxalq ictimaiyyəti və təşkilatları, mina təhlükəsinin yaratdığı humanitar nəticələrə diqqət yetirməyə və Azərbaycanın minatəmizləmə fəaliyyətinə dəstəyi artırmağa çağırıb. O, bu dəstəyin texniki, maliyyə və ekspert səviyyəsində genişləndirilməsinin vacibliyini vurğulayıb.
Əlavə olaraq, ombudsman mina təhlükəsinin aradan qaldırılmasının insan hüquqlarının qorunması və işğaldan azad edilmiş ərazilərin təhlükəsiz bərpası üçün əhəmiyyətli olduğunu qeyd edib.
Qeyd edək ki, bu gün humanitar minatəmizləmə əməliyyatlarına cəlb olunan özəl şirkətlərdən birinin əməkdaşı, 1985-ci il təvəllüdlü Əhəd Əhədov, xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı Humanitar Kollecində tələbə bıçaqlanıb
Bakıda üzərindən maşın keçən ana və körpənin son durumu
Rumıniya sahillərində gəmi qəzası: Qara dənizdə türk dənizçilər xilas edildi
Rusiya ilə sərhəddə həyəcan: Polşa xüsusi təyinatlıları hərəkətə keçirdi
Bakıda qadın canlı yayım zamanı həyatını itirdi
İspaniya futbolunda faciə: Qapıçı ilə toqquşan hücumçu öldü