15.08.2026 - 12:18
Ölkə 21 baxış

Ölkəni leysan və şimşək bürüyüb: Hava şəraiti təhlükə yaradır?

Ölkənin müxtəlif bölgələrində fasilələrlə davam edən yağıntılı hava şəraiti leysan yağışlar və şimşək çaxması ilə müşahidə olunur.

Minval.info xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yağıntının miqdarı Astarada 24 mm, Daşkəsən, Gədəbəy, Qusarda 15 mm, Qubada 13 mm, Oğuzda 12 mm, Şahdağda 8 mm, Şəkidə 6 mm, Lənkəranda 5 mm, Naftalanda 4 mm, Mingəçevir və Gəncədə 3 mm, digər bölgələrdə isə 1-2 mm arasında dəyişir.

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir və küləyin maksimal sürəti 19 m/s-ə çatır. Culfada isə şərq küləyi 21 m/s sürətlə əsir. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 32 dərəcə, Aran rayonları və Naxçıvan MR-da 36 dərəcə, dağlıq rayonlarda isə 21 dərəcəyə qədər yüksəlir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: