Ölkədən çıxışına qadağa qoyulmasını öyrənmək asanlaşdı - YENİ XİDMƏT
Vergilər Nazirliyi vergi ödəyiciləri üçün yeni elektron xidmət istifadəyə verib.
Minval.info xəbər verir ki, bu xidmət vasitəsilə onlar ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı məlumat ala biləcəklər.
Bunun üçün Vergilər Nazirliyinin rəsmi internet saytında (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi saytında (www.e-taxes.gov.az) yaradılan ayrıca bölməyə daxil olaraq şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini və yaxud şəxsiyyət vəsiqəsinin FİN kodunu müvafiq xanalara daxil etmək lazımdır. Bununla da, cəmi bir toxunuşla vergi ödəyicisi ölkədən çıxışına qadağa qoyulub-qoyulmaması ilə bağlı məlumatı əldə edə bilər.
Bu elektronxidmətdən istifadə etmək üçün aşağıdakı linklərə daxil ola bilərsiz:
http://www.taxes.gov.az/modul.php?name=pages&page=abroad
https://www.e-taxes.gov.az/ebyn/new/#/olkedengetmeMehdudiyyet
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə terrorçular zərərsizləşdirilib
Millət vəkili: “Neftin qiyməti düşsə, devalvasiya qaçılmaz olacaq”
Prezident Mikayıl Cabbarovu vəzifəsindən azad etdi
Azərbaycanda ölümlə nəticələnən qəzanın görüntüləri - ANBAAN VİDEO
Ermənistanın xeyli canlı qüvvəsi, texnikası məhv edilib və sıradan çıxarılıb
Qadına təpik vuran sürücü işinə qaytarıldı - VİDEO
Daha bir bağçada körpəyə qarşı şiddət - Üzünə dağ basılıb - FOTO