Ölkə çempionu gecə klubunun önündə öldürüldü -
Qarışıq döyüş növləri üzrə Özbəkistan çempionu, Asiya oyunlarının sərbəst güləş üzrə iştirakçısı Cəmşid Kenjayev öldürülüb.
Minval.info yenicag.az-a istinadən xəbər verir ki, o, Daşkənddə “Aurum 898” gecə klubunun mühafizəçiləri tərəfindən qətlə yetirilib. Müşahidə kamerası tərəfindən qeydə alınan və qanlı hadisəni əks etdirən görüntülər sosial şəbəkədə paylaşılıb. Videoda 25 yaşlı idmançının öncə klubun mühafizəçilərilə salamlaşdığı və daha sonra içəri daxil olmağa çalışdığı görünür. Tərəflər arasında mübahisə də məhz bu zaman baş verir. Cəmşidin kluba daxil olmasına imkan verməyən mühafizəçilər onu təpikləyir, stulla qəddarcasına döyürlər.
Özbəkistan Baş prokurorluğunun məlumatına əsasən, mühafizəçilərdən biri gənc idmançını elə özünün bıçağıyla yaralayıb. Zərbə ölümcül olub, Kenjayev xəstəxanada keçinib.
Verilən məlumata görə, idmançı mətbəx bıçağıyla kluba daxil olmağa çalışıb. İnsident zamanı o,iki mühafizəçini ağır yaralayıb. Bu zaman digər bir mühafizəçi bıçağı Cəmşidin əlindən alaraq ona sinə nahiyəsindən bir neçə zərbə endirib. Bundan sonra yerdə yaralı vəziyyətdə uzanan Kenjayev təpiklənib.
Gənc idmançının ehtimal edilən qatiliylə bərabər 4 mühafizəçi saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
https://www.youtube.com/watch?v=_COjw_1WIVA
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İran Hörmüz boğazını açmaq üçün şərt qoydu
İran və Oman Hörmüzdə razılaşdı: Yeni marşrutlar!
Mehdiabadda zibil və su gölməçəsi problemi!
Dostluq küçəsində kanalizasiya kabusu: Sakinlər narazıdır
İran-Türkiyə uçuşları davam edir: Məhdudiyyət yoxdur!
Hörmüz boğazı: İran-Körfəz görüşü taleyüklü an qarşısında
Neftin qiyməti kəskin şəkildə ucuzlaşdı