“Olanları yaddaşımdan silmişəm” - Aygün Brilliantdan danışdı
Xalq artisti Aygün Kazımova “ATV maqazin onlarla” proqramının “33 sual” rubrikasının qonağı olub.
Axşam.az xəbər verir ki, müğənni illərdir küsülü olduğu həmkarı Brilliant Dadaşovadan danışıb.
Belə ki, rubrikanın aparıcısı Ruslan Ağayev Kazımoyava içərisində Dadaşovanın fotosu olan zərf verib. Sənətçi bir vaxtlar yaxın rəfiqəsi olan B.Dadaşova haqqında bunları söyləyib:
“Bəli… Necə elan edirlər? Səhnəmizin Brilliantı… Yaşanan o xoş anlarda qalmaq istəyirəm. Ondan sonra olanları yaddaşımdan silmişəm.
Qoy mənim xatirəmdə o, gözəl qalsın. O gözəl an ki, onda biz mehriban idik: Zülfiyyə Xanbabayeva, mən və Brilliant. Vaqif Gərayzadə istədi bizdən “trio” qrupu yaratsın, alınmadı. Hər adam bədii rəhbər ola bilmir, ona görə.
Yenə o bağ olaydı… Gözəl söhbətlər edərdik… Bir bağçada oturardıq… Bir-birimiz haqqında gözəl müsahibələr verərdik”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır