"Öləndə videolarımı paylaşmayın" - Elgizin vəsiyyəti
“Ölüb edərəm, bunu demək istəyirəm, koranavirus olanda, xəstəxanada yatanda bəzi dostlarıma video göndərmişəm. Birdən başıma iş gələr, Allah haqqı ruhum tutar sizi. Onları qəti paylaşmayın. Bunu qətiyyən istəmirəm”.
Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər öz verilişində deyib. O, ölümündən sonra bəstəkar-müğənni Rəhim Rəhimlinin xəstəliyi ilə bağlı dostlarına göndərdiyi videoların yayılmasına münasibət bildirərək bu hərəkəti tənqid edib. Bu səbəbdən aparıcı dostlarına vəsiyyət edib:
“Bilirəm, Rəhim də çox narazı qalardı, çünki ictimaiyyətdən gizlədirdi. O, istəmirdi ki, onu xəstə kimi görsünlər: canı ağrıyan halda. Xəstəlik elə bir şeydir ki, hamının qapısını döyə bilər. Bu dəqiqə həkimlər gəlib müayinə etsələr, Allah bilir hərəmizin canında nə qədər dərdimiz var. Öz adımdan deyirəm, xəstə olan zaman orada çəkdiyim, hansı ki, vəziyyətim ağır idi, o şəkildə həyatda görünmək istəmərəm. Belə şeylər etməyin, tərəfdarı deyiləm”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır