"Öləndən sonra yazışmaların da, ruh düşkünlüyün də ortaya çıxır"
“Bu ölkədə sənətçi, sənətkar olmaq üçün mütləq ölmək lazımdır. O zaman vatsap yazışmaların da ortaya çıxacaq, ruh düşkünlüyün də, hər şeyin. O yazışmalarda göndərdiyi foto və videolardan anlamaq çətin deyil axı, Rəhimin vəziyyətini…”.
Axşam.az xəbər verir ki, bu sözləri aktyor Kamran Ağabalayev sosial şəbəkə hesabında yazıb. Aktyor dostlarının bir neçə gün əvvəl dünyasını dəyişən müğənni Rəhim Rəhimli ilə yazışmalarını yaymasına münasibət bildirib. O qeyd edib ki, dostların ifaçının səhhətinin yaxşı olmadığını bilsələr də, əhəmiyyət verməyiblər:
“Bir də, təkliyinə sığınan biri niyə sizə xəstə fotolarını göndərsin? Düşünməmisiniz? Çünki yaşamaq istəyirdi! Düşünürdü bəlkə… Onun göndərdikləri, düşündükləri sizin beyninizə olmayıb sadəcə, almamısınız o kiçik beyninizə. “HYPE” lazım idi deyə, paylaşdınız. O da 1, 2 gün, böyük sənətkar olsa, uzağı 3 gün. Rəhim, Kərim, Əzim, ancaq dünyasını dəyişəndə mənim olursa…
Sizinlə deyiləm, özümlə danışıram. Yaşamaq istəyən adam, vecinizə deyil, mənə qulaq asacaqsınız? “HYPE” axtarıram mən də, sizin kimi…”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır