Oksanaya gözlənilməz sual: “Şəhriyarla öpüşməzsən?”
“Hamilə olduğum zaman insanlar məni daş-qalaq etdi. Mənim həyat yoldaşım var. Amma insanlar məni qınadı. Dedilər ki, uşaq atasız olacaq”
Musavat.com xəbər verir ki, bu sözləri rəqqasə Oksana “Hər şey daxil” verilişində deyib.
O, süni mayalanma yolu ilə uşaq dünyaya gətirdiyi üçün onu qınayanlara cavab verib: “Mənim övladım süni mayalanma yolu ilə olub. Həyat yoldaşımla ikimizin hüceyrəmizdən yaranıb. Azərbaycanda tək qadın donorla süni mayalanma etdirə bilməz, qanunda yoxdur. Süni mayalanma geniş yayılsa da, hələ də uşağı nikahdan kənar sayırlar. Uşağım tamamilə atasına oxşayır. Övladımın atası da, anası da var”.
Oksana yeni filmindən də danışıb: “Maraqlı sevgi filmi olacaq. Şəhriyar Əbilovla baş rolu oynayacağıq”.
Oksana aparıcının “Elşad Xosedən başqası ilə öpüşmərəm” demişdin. Şəhriyarla öpüşərsən” sualına isə “Yox, bir dəqiqə, hələ detalları danışmamışıq. Bəzi səhnələr olacaq. Amma kimlə, necə, onu o zaman biləcəksiniz” deyə cavab verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır