Aktrisa-rəqqasə Oksana Rəsulova ideya müəllifi olduğu “Lal yuxu” serialı haqqında səsləndirilən iradlara münasibət bildirib.
Minval.İnfo xəbər verir ki, aktrisa rejissor tərəfindən aldadıldığını qeyd edib:
“Şükürlər olsun ki, tamaşaçılar tərəfindən baxılıb seçilirik. Nə aktyorluğa, nə serialın musiqi bəstəsinə, nə ideyasına tamaşaçılar tərəfindən narazılıq yoxdur. Buna görə çox sağ olun. Tamaşaçıları narahat edən problemlərdən danışmaq istəyirəm:
1. Serialın səslənməsi. Serialın 24 seriyası artıq yay ərəfəsində çəkilib və serialın səs rejissoru səsləri yerində yazıb və bütün serialı bərbad şəkildə salıb. Hazırda Seymur Əliyev səsləri düzəldir və eşitdiyiniz səslər hələ düzəlmiş variantdır, yəni təsəvvür edin ki, necə “işinsevən” insanlarla işləmişik.
2. Serialın montajı. Dostlar, serial çəkilişə başlayanda, serialın “rejissor”u tərəfindən montaj nəzərdə tutulmuşdu. Çünki, özü montaj edəcəkdi deyə, rejissor özünə uyğun çəkirdi. 1, 2 və 3-cü seriyaları montaj etdikdən sonra, başa düşdü ki, öz çəkdiyindən baş aça, bacara bilmir və işdən imtina etdi. Hələ də, onu tapa bilmirik. Elə gizlənib özü də yerini bilmir.
Serialı 4-cü seriyasından etibarən başqa montajçılar montaj edir.
3. Serialın az müddət olması. “Rejissor” özü ilə ikinci rejissor gətirmişdi. O da, ondan geri qalmadı. O da, hər bölümü oxuyanda, planı tutanda, heyətə deyirdi ki, hər şey əladır, hər bölüm 1 saat 15 dəqiqə olacaq. 23 bölüm çəkiləndən sonra, montaj başlayanda, bəlli oldu ki, dediyi 1 saat 15 dəqiqə yox, cəmi 45 dəqiqə alınır.
Günahımız o oldu ki, biz əvvəldən inandıq və yoxlamadıq. Yenə də, bu problemlərin içində olsaq da, düşünürəm ki, biz tamaşaçılarımızı aktyorlarımıza, musiqiyə, ideyaya və serialda gözəl məkanlara görə qazandıq.
Onu da deyim ki, 24-cü seriyadan sonra hər şey düzələcək və hər şey lap gözəl olacaq.
Minval.İnfo


































