Oksana: "Elşada nifrət edirəm, tək istəyim cəzasını çəksin" - VİDEO
“Məhkəmə olacaq. İnşallah, nəticə mənim xeyrimə bitəcək. Mənə Elşad Xose haqda heç sual verməyin. Artıq Elşad və Oksana heç vaxt bir arada olmayacaq”.
Minval.İnfo xəbər verir ki, bu sözləri rəqqasə Oksana Rəsulova “Xəzər maqazin”ə açıqlamasında deyib.
Keçmiş həyat yoldaşı, eyni filmdə belə rol aldığı reper Elşad Xosedən danışan sənətçi onun həbs olunmağına çalışdığını söyləyib: “Bu məhkəmə ilə hər şey bitəcək. Məni Elşadın nə həyatı, nə şəxsiyyəti, nə insanlığı maraqlandırır. Ortada döyülməkdən başqa şeylər var. Döyülməkdən də üstündür.
O, cəzasını çəkməlidir və inşallah da çəkəcək. Mənim məhkəmədən tələbim qarşı tərəfin haqqı olmadığı halda mənə qarşı addım atmasının cəzasını çəkməsidir. Hörmətlə yanaşdım, filmə dəvət etdim, dəstək oldum. Normal qəbul etmədi. Danışdıqca pis oluram. Məndən uzaq olsun. Hətta ona nifrət edirəm, onun haqda danışmayaq”.
Oksana “Mələyin öpüşü” filmini Elşada görə kinoteatrlarda yayımdan qaldırdığını etiraf edib: “Mənə bir milyon dollar versələr də, Elşadla bir araya gəlmərəm. Hətta davadan sonra “Mələyin öpüşü” filminin kinoteatrlardakı yayımını dayandırdım”.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!