28.06.2019 - 18:36
Hadisə 1 baxış

Oğuzda canavar mal-qaranı parçaladı, sakinlərə xəsarət yetirdi

Oğuz rayonunda canavar mal-qaranı parçalayıb, sakinlərə xəsarət yetirib.

Minval.info “Report”a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Xaçmaz kəndində qeydə alınıb.

Belə ki, canavar əvvəlcə mal-qaraya, daha sonra isə qarşısına çıxan kənd sakinlərinə hücum çəkib. Nəticədə ikisi uşaq olmaqla 4 nəfər Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan bildirilib ki, yaralılardan birinin sifət nahiyəsində xəsarətlər ciddi olduğundan vəziyyəti ağır olaraq qiymətləndirilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: