“Oğluma şou-biznesdən qız almaram” - Brilliant
ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi Xalq artisti Brilliant Dadaşova olub.
Axşam.az xəbər verir ki, sənətçi ən böyük arzusunun nənə olmaq olduğunu deyib:
“İndiki uşaqlar valideynlərini adla çağırırlar. Oğlum da məni adımla çağırır. İstəyərəm mənə nənə desinlər. Nənə sözü çox gözəldir. Oğluma şou-biznesdən qız almaram. Özüm sənətdəyəm heç vaxt şou göstərmirəm. Gəlinimin musiqiçi olmağını istəyərəm, amma şou mənlik deyil. Oğlum özü sevsə, sənət insanı ilə evlənməyini istəyərəm, amma şou yox. Onlar başqa təbiətli insanlardır. Akrobatik hərəkətlər mənlik deyil. Gündəm olmaq üçün heç bir hərəkətdən çəkinmirlər. Elə adam mənim gəlinim ola bilməz. Özüm kimi ciddi olmalıdır. Oğluma qarşı necəyəm, gələcək həyat yoldaşına qarşı da elə olacağam. İstəyərəm oğlumu sevsin, oğlum da onu bərk sevsin. Qısqanc qayınana dünya görüşü dar olan adamdır. Hələ gəlin namizəd yoxdur. Oğlum heç kimi bəyənmir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!