“Oğlum məni istəmir...” - Efirdə ağladı + Video
“8 il xərçəng xəstəliyindən əziyyət çəkmişəm. 17 yaşımda bilirdim ki, xərçəngəm. Ailə qurmuşdum. Övladım oldu. Lakin övladımla aramda soyuqluq yarandı”.
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Dana Durdana ARB TV-də yayımlanan “Ona qalsa” proqramında deyib.
O, böyük övladı ilə görüşmədiyini dilə gətirərək ağlayıb:
“Yaşım az idi, imkanım yox idi deyə övladımı götürüb baxdılar. Bala dərdi çəkmişəm. Sumqayıtda öz atası ilə böyüyür. Atası evlənməyib, 47 yaşı olacaq. Mənim 34 yaşım var, o, mənim dayım oğludur. Uşağıma yaxşı baxırlar. Bəzi nüanslar var. Məni ana kimi sındırdılar. Anamdan sınmışdım, baladan da sındım. Yenə də övladımı gözləyirəm. 12 ildir ki, balamdan ayrıyam. Onu görməyə çox cəhd etmişəm. Kiçik övladımın adını ona uyğun qoymuşam. Böyüyün adı Murad, balacanın isə Maraddır. Övladım dünyaya gələndə xərçəng xəstəsi idim. Amma 4 yaşından balamı məndən ayırdılar, dağ çəkildi. İmkanlı olublar deyə götürüblər. Xahiş etmişəm ki, saxlayırsınızsa ana kimi gəlim baş çəkim. Onu da mənə çox gördülər. 12 il bundan öncə yetim qızın əlindən ona məxsus bir şeyi aldılar. Amma analıq adını almaq olmaz. İndi mənim yaralı yerimdir. Adətən, mənimlə kimsə dalaşanda o yaralı yerimə ayaq basır. Axrıncı dəfə böyük oğluma sual verildi ki, istəyirsənsə, ananla çıxıb gedə bilərsən. Dedi ki, bu qadını qovun çıxsıb getsin, o, mənim atamı döyəcək. Üstümə çox hücumlar oldu. Mən sadəcə uşağımı görüb çıxıb getmək istədim. Axı, mən əxlaqsız qadınlardan deyiləm. O uşaqdan ötrü bilirsiz başıma nələr gəldi? Balalarımı bir-birindən ayırmıram. Amma neyləyim ki, balam məni istəmir…”.
https://www.youtube.com/watch?v=ALDT_A_PSs4&feature=emb_title
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!