Oğlu ilə birlikdə ərini öldürən qadın: Elə bilirdim, ancaq kişiləri həbs edirlər — VİDEO
“Minval.info” baku.tv-yə istinadən xəbər verir ki, bir yaşlı körpəsi yanında olsa da, digər övladlarına 2 ildir həsrət qalıb.
Gülüş xanım oğlunu döydüyü üçün ərinin birinci nikahdan olan arvadını öldürüb. Həmin anı isə belə xatırlayır:
“Yoldaşımın birinci arvadı oğlumu döydü, mən də vurdum. Peşmanam, indi tək təsəllim 1 yaşlı oğlumdur. Uşaqlarım üçün çox darıxıram. Qızım məktəbdə həbsxanada olduğumu deyib. Qızıma dedim, de ki, anan xəstəxanadadır”.
Oğlu ilə birlikdə həyat yoldaşını qətlə yetirən Şamama Seyidova isə 15 il müddətinə azadlıqdan məhrum edilib. O yaşadıqlarını belə şərh edir:
“Elə bilirdim kişiləri tuturlar, qadınları yox. Oğlum tüfənglə atasını vurub, mən də həyətdə basdırmışam. 1 ildən sonra Novruz bayramında üstündə şam yandırmışam, tonqal qalamışam. Qonşularım satdı məni, yoxsa heç kim şübhələnməmişdi.”
Narkotik audəçisi olan Şəfiqə Telmanqızı isə 5 illik cəzaya məhkum olub. Burada sevindiyi tək məqam isə narkotikdən uzaqlaşması olub:
“Ağlıma gəlməzdi ki, tutularam. Tutulmağı qoy qırağa, narkotikə bağlı olaram”.
https://www.youtube.com/watch?v=K7PoKyFtpS0
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır
Velosiped və skuterlərlə bağlı yeni təklif: tələbələrə güzəşt edilə bilər
