“O səs Türkiyə”nin iştirakçısı “Mavi gözlərin”i təqdim etdi
“O səs Türkiyə” yarışmasında etdiyi çıxışla populyarlaşan müğənni Mərdan Kazımov yeni mahnısını təqdim edib.
xəbər verir ki, müğənninin sözləri və musiqisi özünə məxsus olan “Mavi gözlərin” artıq “Youtube” kanalına yerləşdirilib. Bəstənin aranjemanı da Mərdan Kazımova məxsusdur.
“Davamlı öz üzərimdə çalışıram. Məqsədim sırf toy müğənnisi olmaq deyil. Demirəm ki, toylara gedənlərə pis baxıram və ya getmirəm. Mən də gedirəm, amma öz janrımdan kənara çıxmıram. Çünki öz dəsti-xəttim var. Azərbaycanın musiqi sahəsində yenilik, fərqlilik etməyə çalışıram. Düşünürəm ki, bu məndə alınır. Bəllidir ki, hazırda bayağı mahnılara daha çox tələb var, amma bu məni yolumdan döndərə bilməz. Daha zövqlü musiqilərin ərsəyə gəlməsi üçün biz gənclər çox çalışmalıyıq. Əminəm ki, hədəfimizə çatacağıq. Sonunda keyfiyyətli musiqi qazanacaq” – deyə ifaçı bildirib.
Qeyd edək ki, M. Kazımov “O səs Türkiyə”də “La la la” mahnısını oxuyaraq Ebru Gündeşlə Hadisəni özünə tərəf döndərə bilib. O sonda Ebru Gündeşi seçib.
https://www.youtube.com/watch?v=bWbT6KdCJwk
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!