“O qan şəhidlərimizin hamısına qurban olsun”
Ötən gün Belçikada erməni təxribatı nəticəsində döyülən azərbaycanlı gənclər dostlarıyla canlı yayıma qoşulublar.
Minval.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, təxribatda xəsarət alan Cahandar Zahidov (Yazar Mirzə Sakitin oğlu) və Rizvan Aslanov səhhətlərinin yaxşı olduğunu bildiriblər.
C. Zahidov dostlarının onun üzündə olan qana görə narahat olduqlarını vurğulayıb: “Hər şey qaydasındadır. O qan şəhidlərimizin hamısına qurban olsun. Biz nə etsək də Vətənə, bizi yetişdirən o torpağa, bizim uğrumuzda canlarından keçənlərə borcumuzu qaytara bilmərik. Xalqımızı səbrli olmağa çağırıram. Heç bir ölkədə hadisə törətməyin. Biz düşmənin qadınına, uşağına əl qaldırmarıq. Ancaq onlar bunu edirlər”.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Canlı yayımda iştirak edən R.Aslanov bildirib ki, təxribat törədən ermənilərdən çoxunun tutulduğunu qeyd edib. O xaricdə yaşayan azərbaycanlıları birlik olmağa, təxribatlara uymamağa çağırıb.
Xatırladaq ki, Ermənistan tərəfindən 12 iyul tarixindən başlayan təxribatlarla bağlı orduya dəstək məqsədilə son günlər ərzində 25 ölkədə 56 aksiya keçirilib. Aksiyalar zamanı Belçikada 10 nəfərədək – (4 nəfər xəstəxanaya müraciət edib, o cümlədən, 1 qadın jurnalist), ABŞ, Los- Ancelesdə isə 30-a yaxın (5 nəfər xəstəxanaya müraciət, o cümlədən 1 qadın) soydaşımız xəsarət alıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda