"O qadın əxlaqsızlıq yuvasına gedib, ərini öldürüb" - Fotolar, Video
Müğənni Lətifə Soyuöz “Sınaq” adlı klipini təqdim edib.
Minval.info xəbər verir ki, 3 illik fasilədən sonra yenidən kamera qarşısına keçən ifaçı media nümayəndələri ilə bir araya gəlib. O, “Sınaq” adlı mahnıya çəkdirdiyi klipini nümayiş etdirib. Rejissorluğunu Anar Hüseynov etdiyi klipdə yüngül əxlaqlı qadınların həyatı, xəyanət əks edilib. Ssenariyə əsasən Lətifə həyat yoldaşını canlandıran Şəhriyar Əbilovu xəyanətə görə öldürür. Tədbirin aparıcılığını Lətifə özü edib.
O, üç ildir ssenari üzərində düşündüklərini vurğulayıb: “Ən az 20-25 dəfə dəyişiklik edilib. Çəkilişlərimiz 5 gün davam etdi və yanvarın 1-də Anar klipi mənə göstərdi. Yeni ilə “Sınaq”la başladım. Dayanmaq yoxdur. İşlərimin davamı gələcək. Mənə hərdən sual verirlər ki, niyə büdcən var, amma Türkiyədə klip çəkdirmirsən? Əgər bizim rejissorlara da istədikləri qonorarı versən, sizi elə türklər qədər yarıdacaqlar”.
Lətifə klipindəki açıq-saçıq səhnələrin yer almasına isə belə aydınlıq gətirib: “Bunların olması məni narahat etmir. Əslində klipdə hər şeyin açmasını vermək istədim ki, bu qadın niyə həmin məkana gedir və ərini öldürür. Klipdə olan janr və sözlər həmin səhnələri tələb edir. Biz Hollivuda baxırıq, maraqlı filmlər çəkirik. Bu klipi də sənətdən anlayan insanlar üçün çəkdik”.
https://www.youtube.com/watch?v=g7xflk3mLjE&feature=youtu.be&fbclid=IwAR3AXqerU44HrF8ydJhqwpI2O9a17ltXcndMiFlB_YCYzV3Z-2GaMW6FmE0
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır


