"O paltara görə mənə tərbiyəsiz dedilər" - Mənzurə ağladı
“Nə qədər adam geyinib, heç kim heç nə demədi. Mən geyinəndə tənqid edildim. Ətək geyindim, şalvar oldu – nə fərqi var? Yaşılı ətək edib, yerlə sürüdürlər”.
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Mənzurə Musayeva “Xəbər-ətər” proqramında deyib. Bir müddət əvvəl bayrağın rənglərində olan paltar geyinən və tənqid edilən sənətçi bunla bağlı açıqlama verib.
Mənzurə ünvanına yazılan təhqirlərdən danışarkən göz yaşlarını saxlaya bilməyib:
“5 minlik paltar geyinərsən, amma belə qürur hiss etməzsən. Parçasının bir mahiyyəti yoxdur, tikdirdim və necə qürurla geyindim. Elə sevinə-sevinə geyinmişdim ki… Bilsəydim, bu qədər qınağa çevriləcək geyinməzdim. Gözümdən gətirdilər.
Nə qədər ağladım. Mənə o paltara görə tərbiyəsiz dedilər. Məndə olan tərbiyə heç onların özündə yoxdur (ağlayır). Mənə çox pis təsir etdi. Mənim kimi tərbiyəli olsunlar, sonra yazsınlar. Hər kəs sevincini bir cürə bölüşürdü. Kim necə istədi, elə çatdırdı. Onu geyinəndə elə bilirdim çox xoşbəxtəm. Tərbiyənin geyimlə əlaqəsi yoxdur”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!