“O gözəl xanımlara baxır, mən də gözəl bəylərə” - Təranə
“Musanı sevən xanımlar çoxdur”
Minval.info xəbər verir ki, ARB TV-nin “Show news” komandası bu dəfə yerli məşhurların “”Whatsapp”da ən çox və ən son kim ilə danışdıqları” barədə sorğu keçirib.
Xalq artisti Niyaməddin Musayev: “Whatsapp”dan istifadə etmirəm. Sadə telefondur. Belə daha yaxşıdır, sadə. Özüm almaq istəmirəm. Nə böyük şeydir ki, onu almaq? İmkan taparıq onu almağa, amma lazım deyil”.
Sorğuda maraqlı cavabları ilə diqqət çəkən isə Musa Musayev və Təranə Qumral cütlüyü olub.
Təranə Qumral həyat yoldaşını qısqanmadığını deyib:
“Onun internetdən ümumiyyətlə başı çıxmır. Biz hər dəqiqə bir yerdəyik. Əgər “whatsapp” olmasa da kiməsə zəng etmək istəyəcəksə edəcək. Fanat olanda nə olar ki? Musa müəllimi sevən xanımlar çoxdur. Mən heç bir söz demirəm. Çünki xalqın sənətkarıdır, xalqa məxsusdur. Mən qısqanc və paxıl adam deyiləm. Niyə baxmasın ki? Gözəllik yaranıb baxmaq üçün. Gözəl xanımlara da baxır, gözəl bəylərə də mən baxıram”.
Musa Musayev isə xanımının sözlərini dəstəkləyib:
“Onun telefonu hər zaman stolun üstündədir. Təranə xanım mənə qız fanat olanda da göstərir ki, bax sənin fanatındır. Onun “Whatsapp”da “İnstagram”ı da ikimizə aiddir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!