Nur-Sultanda Atatürkün Milli Mücadiləni başlatmasının 100 illiyi qeyd olunub
Beynəlxalq Türk Akademiyasının (BTA) təşəbbüsü və təşkilatçılığı ilə Qazaxıstanın paytaxtı Nur-Sultanda Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Milli Mücadiləni başlatmasının 100 illiyi münasibətilə “Tarixdən ibrət: Türk Milli Mücadiləsi və Atatürk” adlı konfrans keçirilib. Türkiyənin Qazaxıstandakı Səfirliyi və Yunus Əmrə Kültür Mərkəzinin dəstəyi ilə Milli Akademik Kitabxanada baş tutan konfrans çərçivəsində foto sərgi təşkil olunub və Atatürkün BTA tərəfindən qazax dilinə tərcümə olunmuş “Nitq” (“Nutuk”) əsərinin təqtimatı keçirilib.
Tədbirdə Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov, Türkiyənin bu ölkədəki səfiri Nevzat Uyanık, bir sıra ölkələrin Nur-Sultandakı diplomatik təmsilçiliklərinin nümayəndələri, millət vəkilləri, tanınmış dövlət xadimləri, türkoloqlar iştirak edib.
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali bildirib ki, Mustafa Kamal Atatürk başlatdığı Milli Mücadilə ilə bütün Türk dünyasının gələcəyinə böyük ölçüdə təsir göstərib, xalqlarımızın istiqlalına qovuşmaq arzusunu alovlandırıb və onların yenidən azadlıq əldə etməsinə bir mayak olub. Akademiya rəhbəri ölkənin Qurucu Prezidenti Nursultan Nazarbayevin iştirakı ilə Nur-Sultanda Atatürkün şərəfinə ucaldılan heykəlin onun şəxsiyyətinə və fəaliyyətinə hörmətin göstəricisini olduğunu qeyd edib.
D.Kıdıralinin sözlərinə görə, Mustafa Kamal Atatürkün Samsuna çıxışı ilə başlayan Milli Mücadilə sadəcə Türkiyənin deyil, bütün Türk dünyasının yenidən dirilişini başlatmış oldu.
Türkiyənin Qazaxıstandakı səfiri Nevzat Uyanık bildirib ki, Türk dünyası üçün ibrət verici və böyük tarixi önəm daşıyan “Nitq” kitabının gənc nəslin milli ruhda tərbiyəsində böyük önəmi vardır. Oxuyucular bu kitab vasitəsilə qardaş Türkiyə dövlətinin quruluşunun təməl prinsipləri və milli mücadilənin inkişafını yaxından öyrənmə fürsəti əldə edəcəklər.
Konfransda Türk Şurası Ağsaqqallar Şurasının Qazaxıstandan olan üzvü Adil Axmetov, tanınmış dövlət xadimi Mırzatay Joldasbekov və digərləri Mustafa Kamal Atatürkün Türk dünyasının tarixində oynadığı rolla bağlı məruzələr ediblər.
ƏLAQƏLİ
Qərbi Azərbaycanın tarixi izləri: Xancığaz kəndinin keçmişi və bugünü
Tədbirdə qeyd olunub ki, Türkiyənin milli mücadiləsinə qardaş türk ölkələrindən, o cümlədən Azərbaycandan və Qazaxıstandan könüllü şəkildə minlərlə insan qatılıb, ölkənin işğalçılardan təmizlənməsində canlarını veriblər. Qazax milli şairi Mağcan Cumabayev “Uzaqdakı qardaşıma” şeiri ilə qazax xalqının dəstəyini və könül bağını ifadə etməklə yanaşı, o günlərin ağır mənzərəsini canlandırıb.
Tədbirdə Milli Mücadilə ilə bağlı Beynəlxalq Türk Akademiyası tərəfindən hazırlanan qısa film nümayiş etdirilib, qazax tələbələr tərəfindən Atatürk haqqında şeirlər oxunub.


ƏLAQƏLİ
Hataydan Romaya gedərkən batan gəmi tapıldı: Dənizin dibindən 2100 illik sirr çıxdı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
La Navidad qalası: ilk İspan məskəninin sirri hələ də açılmayıb
Qərbi Azərbaycanın tarixi izləri: Xancığaz kəndinin keçmişi və bugünü
Bir əsr əvvəl Nargindən qaçan türk pilot
Süni intellekt Napoleonun 217 illik mesajını deşifrə etdi
Bandunq konfransı: supergücləri qorxudan tarixi görüş