Novxanıda ağır qəza — 3 nəfər ölüb, 6 nəfər xəsarət alıb
“Minval.info” report-a istinadla xəbər verir ki, hadisə Novxanı yolunda yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin yanında baş verib.
Qəza yerindən gələn təcili və təxirəsalınmaz tibbi yardımın həkimi bildirib ki, bir neçə avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb, azı 6 nəfər xəsarət alıb.
Yaralılardan bir neçəsi 1 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib. Xəsarət alanlardan biri həkimlərin müdaxiləsinə baxmayaraq xəstəxanada dünyasını dəyişib.
Novxanı yolunda üç nəfərin ölümünə səbəb olan qəzada xəsarət alanların bəzilərinin adları məlum olub.
Qəza nəticəsində 2018-ci təvəllüdlü Məmmədov Ramal Rəşad oğlu, 1976-ci il təvəllüdlü Məmmədova Gülgün Ümidvar qızı və 1999-ci təvəllüdlü Məmmədova Nahidə Faiq qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Xəsarət alanların bəzilərinin vəziyyəti orta-ağırdır. Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
