Nişanından 1 gün öncə özünü asan 17 yaşlı qızın görüntüləri: “Əlvida...” – VİDEO
Zaqatalada nişanından bir gün əvvəl özünü asan 17 yaşlı Gülər İsmayılovanın son paylaşımı ortaya çıxıb.
Minval.info xəbər verir ki, gənc qızın sosial şəbəkədə paylaşdığı videoda onun həzin musiqiyə qulaq asaraq ağladığı görünür.
Gənc qızın intiharı ilə bağlı yeni detallar da ortaya çıxıb. Əldə etdiyimiz məlumata görə, qızın sevdiyi oğlan universitetdə oxuyur. Oğlan G. İsmayılovaya deyib ki, indi evlənə bilmərik, universiteti bitirim sonra ailə həyatı quraq. Qız da onunla razılaşıb. Lakin G. İsmayılovayanın ailəsi onu başqa oğlanla nişanlamağa hazırlaşırmış və “həri”si verilibmiş.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Xatırladaq ki, hadisə dünən rayonun Əliabad qəsəbəsində baş verib. Belə ki, 2002-ci il təvəllüdlü Gülər Vüqar qızı İsmayılovanın meyiti yaşadığı evin həyətyanı sahəsində tapılıb. O, özünü həyətlərindəki tövlədə kəndirlə asıb. Bildirilib ki, 17 yaşlı qızın nişanı olacaqdı, lakin bir gün öncə intihar edib. Bu, G. İsmayılovanın intihar etməsinin səbəbi kimi qeyd edilir.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda