Nişan xonçaları məzarı üzərinə qoyulan şəhid - VİDEO
Vətən müharibəsinin qəhrəman şəhidlərindən biri də 27 yaşlı Cəfərov Cavid Fərhad oğludur.
Minval.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, müharibənin ilk günlərindən döyüşə atılan Cavid, oktyabrın 2-də yaralı komandirini ərazidən çıxarmağa çalışarkən snayper gülləsinə tuş gəlib və şəhidlik zirvəsinə ucalıb.
Anası Nəzakət Cəfərova bildirib ki, Cavid əsgərliyini başa vurduqdan sonra, orduda xidmət etmək qərarına gəlib. O, hərbi xidmətə MAXE-əsgər kimi davam edib.
O, oğlunun şəhid olması ilə bağlı xəbəri də elə oktyabrın 2-də alıb. Ona Sumqayıt şəhər İcra Hakimiyyətindən zəng ediləndə, şəhid anası yolda olub. Bu zaman Cavidin adı çəkilən kimi o, özündən asılı olmayaraq qışqırıb və bilib ki, oğluna nəsə olub.

Cavidin qardaşı Xəyyam Cəfərov isə bir müddətdir Türkiyədə çalışır. Xəyyam qardaşının şəhid olmasından gec xəbər tutub. O, Cavidin şəhid olmasını dostlarının ona yazdığı başsağlığı mesajlarından sonra öyrənib.

Nəzakət xanımın sözlərinə görə, dekabrın 1-də Cavidin doğum günü idi. O, həmin tarixdə oğlu üçün nişan aparmağı planlaşdırırmış. Bunun üçün anası nişan üzüyü də almışdı. İndi Cavidin nişan xonçaları onun Sumqayıt Şəhidlər Xiyabanındakı məzarının üzərinə qoyulub…

Qeyd edək ki, Cavid Cəfərovun atası Fərhad Cəfərov Birinci Qarabağ savaşının iştirakçısı olub. Ata Cəfərov Ağdamın Çəmənli kəndi uğrunda gedən döyüşlərdə yaralanıb. Cavid 4 yaşında ikən atasını itirib.
https://www.youtube.com/watch?v=tu-1fp1wtI0&feature=emb_title
ƏLAQƏLİ
27 Sentyabrın mesajı: 44 günlük müharibə Azərbaycanın taleyini necə dəyişdi
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ağdamdan Kəlbəcərə yeni nəqliyyat xətti formalaşır
Gəncəyə ikinci raket hücumunun altıncı ildönümü
Qarabağ ərazisinin mina təmizləmə prosesi nə vaxt bitəcək
27 Sentyabrın mesajı: 44 günlük müharibə Azərbaycanın taleyini necə dəyişdi
Şəhid anası: Oğlumun ruhu əbədi mənimlədir
Erməni jurnalistin iddiası: Azərbaycanlılar Sisyanda görünür
Çimərliyə gedənlərin nəzərinə