"Nikoil Bank" - 135 milyon manatdan çox zərərdə
“Nikoil Bank” 2018-ci ili 135 mln. 20 min manat zərərlə başa vurub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 132 mln.491 min manat çoxdur.
“Kommersant.az” xəbər vərir ki, bankın cəmi öhdəlikləri də 11 mln.-a yaxın azalaraq 351 mln. 367 min manat olub. Həmçinin bankın cəmi kapitalı 9 mln. 293 min manat azalaraq 65 mln 672 min manat olub.
Xalis faiz gəlirləri 5 mln. 634 min manat artaraq 52 mln. 628 min manat olub. Qeyri-faiz gəlirlərinin cəmi 4 mln. 623 min manat artaraq 7 mln. 689 min manat olub. Sözügedən bankın qeyri-faiz xərclərinin cəmi 1 mln. 805 min manat artaraq 23 mln. 362 min manat olub.
“Nikoil Bank”ın cəmi aktivləri 20 mln. 290 min manat azalaraq 417 mln. 40 min manat olub.
BANKIN MƏCMU KAPITALI KƏSKIN AZALIB
Bankın məcmu kapitalı 28 mln.-a yaxın azalıb. Belə ki, ötən il 95 mln. 597 min manat məcmu kapitala sahib olan bank, 2018-ci ilin yekununda 67 mln. 895 min manat məcmu kapitala sahib olduğunu açıqladı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ombudsmanın əməkdaşları Tofiq Yaqublu ilə görüşdü
Ceyhun Bayramovdan Ermənistanla danışıqlar barədə AÇIQLAMA
"Türkiye" qəzeti Əli Həsənovu vurdu: "FETÖ-yə bağlıdır"
Hollivud ulduzu həmcinsi ilə öpüşdü - Fotolar


