Nigeriya Rusiyaya səfər edən vətəndaşlarını geri qaytarmaq üçün 1 milyon dollar xərcləyib
Nigeriya hökuməti futbol üzrə 2018-ci il dünya çempionatının oyunlarını izləmək üçün Rusiyaya səfər edən vətəndaşlarını geri qaytarmaq üçün 1 milyon dollar xərcləyib.
Minval.info-nun “Report”a istinadən verdiyi məlumata görə, bunun üçün 2 təyyarə ayrılıb və ümumilikdə 355 nigeriyalı geri qaytarılıb. Nigeriyanın xarici işlər naziri Ceffri Onema bildirib ki, söhbət vətənə dönmək istəməyən şəxslərdən gedir. O, hər bir reysin ölkəyə 500 min dollara başa gəldiyini söyləyib.
Dövlət rəsmisi vətəndaşlarının mundaildan Avropada sığınacaq almaq üçün bir vasitə kimi istifadə etmək cəhdlərindən narahatçılığını ifadə edib.
Qeyd edək ki, dünya çempionatı 14 iyun – 15 iyulda keçirilib. Yarışın qalibi Fransa millisi olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İran Hörmüz boğazını açmaq üçün şərt qoydu
İran və Oman Hörmüzdə razılaşdı: Yeni marşrutlar!
Mehdiabadda zibil və su gölməçəsi problemi!
Dostluq küçəsində kanalizasiya kabusu: Sakinlər narazıdır
İran-Türkiyə uçuşları davam edir: Məhdudiyyət yoxdur!
Hörmüz boğazı: İran-Körfəz görüşü taleyüklü an qarşısında
Neftin qiyməti kəskin şəkildə ucuzlaşdı