11.09.2026 - 20:24
Maqazin 11 baxış

Nigar və Xan Qaraxanoğlu arasında qalmaqal: Kim haqlıdır?

Xalq artisti Fatma Mahmudovanın müğənni qızı Nigar Tofiqin toyu təxirə salınıb. Nigar, müğənni Xan Qaraxanoğlu ilə nişanını qaytardığını və qarşı tərəfin bu münasibətdən özünü tanıtmaq üçün istifadə etdiyini iddia edib.

Minval.info xəbər verir ki, Xan Qaraxanoğlu məsələyə münasibət bildirərək, yayılan müzakirələr zamanı məsələni tam anlamadan onun ünvanına təhqirlər səsləndirildiyini deyib. O, bu vəziyyətin onu və ailəsini narahat etdiyini bildirib.

“Bu münasibətdə heç bir təmənna olmayıb. Biz bir-birimizə təmənna üçün yanaşmamışıq. Duetimiz nişandan əvvəl baş tutub. Mənə deyirsiniz ki, Nigardan istifadə edib özünü tanıtdın. Əsla belə deyil. Amma Nigarla duet oxudum və bir çox izləyici tərəfindən tanındım. Bunun nəyi pisdir? Mən 10 ildən artıqdır səhnədəyəm. Bütün xalqıma səslənirəm – mən günahkar deyiləm, kimisə yarı yolda qoymamışam”, – deyə Xan Qaraxanoğlu bildirib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: