NEZ-də məşəl qüllələrində tüstülənmənin bitmə vaxtı açıqlandı
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) həyata keçirilən modernizasiya və yenidənqurma işlərinin yekun mərhələsi icra edilir.
“Minval.info”nun SOCAR-a istinadən verdiyi məlumata görə, hazırda plana uyğun olaraq zavodun əsas texnoloji qurğularının istismara verilməsi prosesi həyata keçirilir.
Bildirilir ki, NEZ-in qurğularına xam neft və neft məhsullarının qəbulu, qurğuların emal gücünə çatdırılması zamanı baş verə biləcək mümkün texnoloji dayanmaların qarşısının alınması məqsədilə müəyyən karbohidrogen qarışıqları zavodun məşəl sistemlərinə göndərilir və nəticədə NEZ-in məşəl qüllələrində tüstülənmə baş verir: “Bu tüstülənmə qurğular tam olaraq istismar həcminə çatdırılana və emal prosesi normallaşana qədər davam edə bilər”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı Metropolitenində yeni maliyyə rəhbərliyi təyinatı
Bakıda yağmursuz hava, rayonlarda leysan gözlənilir
Vikinqdə heyət dəyişikliyi: Sabah üçün şans?
Azərbaycanda qızıl və gümüş ucuzlaşdı
Azərbaycanda nadir hamiləlik: Döl qaraciyərdə inkişaf edir
BMT rəsmisi: Qarabağda bərpa işləri təqdirəlayiqdir
Rüstəm Behrudi: "Sən böyük şairsən!" dedilər