Neymar Fransa kubokunun finalında azarkeşi vurub - Video
“Pari Sen-Jermen”in braziliyalı hücumçusu Neymar paytaxt klubunun penaltilər seriyasında “Renn”ə məğlub olduğu futbol üzrə Fransa Kubokunun final matçından sonra mükafatlandırma zamanı azarkeşlə dalaşıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “The Score” portalı bildirib.
Hadisənin videogörüntüsü “Twitter”də yerləşdirilib. Sosial şəbəkədə yerləşdirilmiş videoda PSJ futbolçularının finalçıların medallarını alması üçün tribunaya qalxmaları əks olunub. Braziliyalı futbolçu mobil telefonla çəkiliş aparan azarkeşlərdən birinin yanından keçib. Neymar onun yanında dayanıb, kameranı bağlayıb və onu videogörüntüləri çəkməməyə çağırıb.
Futbolçu qısa mübahisədən sonra futbolçu azarkeşin çənəsinə zərbə endirib və sonra pilləkənlə qalxmağa davam edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı