"Netflix"in yeni abunəçilərinin sayı 15,8 milyona yüksəlib
Seriallar və filmlərin video axın şəkildə təchizçisi olan ABŞ-ın transmilli şirkəti “Netflix”, bu ilin ilk rübündə abunəçi bazasını əvvəlki ilin eyni dövründəki 9,6 milyon göstəricisi ilə müqayisədə 15,8 milyon artırıb.
Minval.info Trend-ə istinadən xəbər verir ki, bu barədə şirkətin hesabatında bildirilir.
Korporasiya bu göstəricinin proqnozlardan iki dəfə çox olduğuna diqqət yetirir. “Netflix” bu ilin ilk rübündə təxminən 7 milyon yeni abunəçi olacağını gözləyirdi.
Bu ilin birinci rübündə korporasiyanın gəliri 5,77 milyard dollar təşkil edib. Ötən ilin birinci rübündə bu göstərici 4,52 milyard dollar olub. Eyni dövrdə xalis mənfəət 344 milyon dollardan 709 milyon dollara yüksəlib.
“Netflix” 190-dan çox ölkədə video axın xidmətləri göstərir. Şirkət 1997-ci ildə yaradılıb, baş ofisi Los Qatosda (Kaliforniya) yerləşir. 2013-cü ildən korporasiya öz filmlərini, seriallarını və televiziya şoularını istehsal edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ