Netanyahu Trampa gizli kəşfiyyat məlumatları təqdim edəcək – Hədəfdə İran var
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trump ilə keçiriləcək görüşdə İranla bağlı yeni kəşfiyyat məlumatlarını təqdim etməyi planlaşdırır.
Minval.info xəbər verir ki, yayılan məlumata görə, Netanyahu Tehranın hərbi potensialını bərpa etdiyini və nüvə silahı proqramını sürətləndirdiyini göstərən məlumatlarla Vaşinqtonu inandırmağa çalışacaq.
İddiaya görə, İsrail hökumətinin başçısı hesab edir ki, İran nüvə proqramını inkişaf etdirməyə, raket arsenalını və pilotsuz uçuş sistemlərini modernləşdirməyə davam edir. Bununla yanaşı, Netanyahu ABŞ-ni birbaşa hərbi münaqişəyə sövq edən tərəf kimi görünmək istəmir.
Məlumatda bildirilir ki, son aylarda ABŞ administrasiyasının Netanyahunun bəyanatlarına münasibəti dəyişib. Vaşinqtondakı mənbələrin iddiasına əsasən, Ağ Ev İsrail baş nazirinin açıqlamalarına, o cümlədən İran məsələsində səsləndirdiyi qiymətləndirmələrə daha ehtiyatla yanaşır.
Həmçinin qeyd olunur ki, Netanyahunun Tramp administrasiyasına təsiri son həftələrdə zəifləyib. Bu kontekstdə Türkiyə ilə F-35 qırıcıları üzrə razılaşma, Səudiyyə Ərəbistanı ilə nüvə əməkdaşlığı və İranla əldə olunduğu bildirilən memorandum nümunə kimi göstərilir. Məlumatda səsləndirilən iddialarla bağlı tərəflərdən hələlik rəsmi təsdiq verilməyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məcburi köçkün qadınla evlənən kişilər də məcburi köçkün sayılacaq
Paşinyan Türkiyəyə gedir – İrəvandan diqqətçəkən açıqlama
ABŞ Konqresində demokratların zəfəri Trampın siyasətinə mane ola bilər
Demokratlar Trampın planlarını alt-üst edə bilər
Mirzoyan: Türkiyə ilə birbaşa ticarət başlayıb, tezliklə Azərbaycanla da
Rusiya KTMT-də Ermənistana qarşı qərar layihəsi təqdim edib
İsraildə seçki nəticələri təsdiqləndi: Netanyahu üçün pis xəbər