Mirzoyan: Türkiyə ilə birbaşa ticarət başlayıb, tezliklə Azərbaycanla da
Ermənistan ilə Türkiyə arasında birbaşa ticarət əlaqələri qurulub. Publika.az-ın məlumatına görə, bu barədə Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan parlamentdə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bəyanat verib.
Hazırda iki ölkə arasında mallar əsasən Gürcüstan vasitəsilə daşınmağa davam edir. Mirzoyan bildirib ki, əvvəllər bu ticarət texniki səbəblərə görə üçüncü ölkələr üzərindən həyata keçirilirdisə, indi birbaşa rəsmiləşdirilib.
“Sərhəd məsələsinə gəldikdə, bu proses o qədər inkişaf edib ki, istənilən vaxt sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması ilə irəliləyə bilərik”, – deyə Mirzoyan qeyd edib.
Azərbaycanla ticarət perspektivləri
Ermənistanın xarici işlər naziri, həmçinin Azərbaycanla mövcud sülhün möhkəmləndirilməsi səylərinin davam etdiyini vurğulayıb. O, ikitərəfli ticarət və ərazinin tranzit üçün açılması məsələlərinə diqqət çəkərək, TRIPP marşrutunun açılması ilə Azərbaycan yüklərinin də Ermənistan ərazisindən keçəcəyinə ümid etdiyini bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Paşinyan Türkiyəyə gedir – İrəvandan diqqətçəkən açıqlama
ABŞ Konqresində demokratların zəfəri Trampın siyasətinə mane ola bilər
Demokratlar Trampın planlarını alt-üst edə bilər
Rusiya KTMT-də Ermənistana qarşı qərar layihəsi təqdim edib
İsraildə seçki nəticələri təsdiqləndi: Netanyahu üçün pis xəbər
ABŞ-da tarixi valilik seçkiləri: ilk qadın və etnik azlıq valilər
ABŞ-da araseçkilərdə Demokratların üstünlüyü nə vəd edir