Neftçaladakı qəzada ölənlərin sayı 4 oldu
Bu gün günorta saatlarında Neftçala rayonunun ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Virtualaz.org xəbər verir ki, Neftçala-Xolqarabucaq yolunda “Mercedes” və “Lexsus” markalı minik maşınları qarşı-qarşıya toqquşub. Hadisə nəticəsində “Lexsus”un əslən Neftçala rayonunun Xolqarabucaq kəndindən olan, hazırda Bakı şəhərində yaşayan 1961-cu il təvəllüdlü sürücüsü Xanlar Ayaz oğlu Xankişiyev və onun 1962-ci ildə anadan olmuş həyat yoldaşı Mərviyyə Qurban qızı Xankişiyeva, “Mercedes-C”nin sürücüsü, Neftçala rayonunun Xolqarabucaq kənd sakini Habil Əbülfət oğlu Həşimovun bacısı qızı, 2017-ci ildə anadan olmuş Humay Elçin qızı Ələkbərova dünyalarını dəyişib.
Qəzada xəsarət alan sürücü Habil Həşimov və daha 2 nəfər də Neftçala Rayon Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Hadisənin yüksək sürətlə hərəkətdə olan “Mercedes-C”nin qabaq təkərinin qəfildən partlaması nəticəsində idarəetməni itirdiyindən baş verdiyi deyilir.
Faktla bağlı araşdırma aparılır.
***
Hadisə zamanı ağır xəsarətlərlə Netçala Məkəzi Rayon Xəstxanasının reanimasiya şöbəsinə yerləşdirilmiş “Mercedes-C”nin sürücüsü, 35 yaşlı Xolqaraqaşlı kənd sakini Habil Əbülfət oğlu Həşimov orada dünyasını dəyişib.
Habil Həşimovun diş həkimi oğlduğu deyilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı