Nazirlikdən fəxri ad istəyən müğənnilərə cavab

“…Milli mədəniyyətimiz qarşısında müstəsna xidmətlərinə, çalışdığı sahənin inkişafında əldə etdiyi uğurlara görə Azərbaycan Prezidentinin müvafiq Sərəncamı əsasında verilir”.
Minval.info Şərq qəzetinə istinadən yazır ki, bunu nazirliyin “İncəsənət və qeyri-maddi mədəni irs” şöbəsindən Əməkdar artist,
müğənni Cavanşir Məmmədovun “Xalq artisti” fəxri ad istəyinə cavab olaraq bildiriblər.
“Azərbaycan Respublikası Prezidentinin 14 may 1999-cu il tarixli 130 nömrəli fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnaməsinə əsasən mədəniyyətimizin inkişafında xidmətləri olan incəsənət xadimlərinə fəxri adlar yaş həddinə, yaxud uzunillik fəaliyyətə görə deyil, milli mədəniyyətimiz qarşısında müstəsna xidmətlərinə, çalışdığı sahənin inkişafında əldə etdiyi uğurlara görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı əsasında verilir”.
Xatırladaq ki, Əməkdar artist Cavanşir Məmmədov bir müddət əvvəl ona Xalq artisti fəxri adının verilməməsi ilə bağlı etirazını bildirmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır