09.05.2019 - 10:26
Gəmidə yaralananlardan 3-nün vəziyyəti ağırdır
Gündəm 3 baxış

Nazirlikdən Azərbaycan gəmisindəki partlayışda yaralanan 14 nəfərlə bağlı açıqlama

Gəmidə yaralananlardan 3-nün vəziyyəti ağırdırXəzər dənizində, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “İsrafil Hüseynov” borudüzən gəmisinin borudüzmə zonasında baş vermiş qəza nəticəsində ümumilikdə 14 nəfər xəsarət alıb.

Bu barədə ONA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov məlumat verib.

O bildirib ki, xəsarət alanlardan 7 nəfəri reanimasiyaya yerləşdirilib: “Reanimasiyada olan yaralılardan 3 nəfərinin vəziyyəti ağırdır”.

P. Abubəkirov qeyd edib ki, xəsarət alanlardan 7 nəfəri isə stasionar şəraitdə müalicə olunur.

Qeyd edək ki, ötən gün axşam saatlarında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin balansında olan “İsrafil Hüseynov” borudüzən gəmisinin borudüzmə zonasında texnoloji avadanlıqların birində qəza baş verib. Hazırda “Saipem” şirkəti tərəfindən icarəyə götürülmüş gəmidə hadisə nəticəsində yanğın baş verib. 14 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılıblar.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: