Nazirlik Qaraqaya ilə bağlı açıqlama yaydı
“Yayılan məlumatlar yanlışdır və ictimai fikri çaşdırmaq məqsədi daşıyır”.
Minval.info xəbər verir ki, bunu Ermənistan Kütləvi İnformasiya vasitələrində (KİV) düşmən ölkənin hərbi bölmələrinin guya Tovuz rayonunun Ağdam kəndi istiqamətində yerləşən Qaraqaya yüksəkliyini ələ keçirtməsi barədə yayılan məlumatla bağlı sorğuya cavab olaraq Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.
O, deyib ki, dezinformasiya ilə birlikdə yayılan fotonun üzərində onun 2018-ci ilin 12 dekabr tarixində çəkildiyi qeyd olunub: “Təkcə bu fakt məlumatın yanlış olduğunu sübut edir. Bir daha xalqımızdan, o cümlədən kütləvi informasiya vasitələrindən və sosial şəbəkə istifadəçilərindən ancaq Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etmələrini xahiş edirik”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda Məhərrəm ayı bu tarixdə başlayır
Sabah 36° isti olacaq
Sürücülər diqqətli olsun: Bu yollar bağlanacaq
Kriminal avtoriteti öldürəni azad etmək üçün 80 min aldı