Nazirlik işçisi həbs edildi - 5 il 6 ay
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvətə təhrik etmədə təqsirləndirilən Mətləb İlyasovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Minval.info xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən M.İlyasov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
M.İlyasov bir neçə şəxsə qarşı dələduzluq etməkdə təqsirləndirilir. İttihamda yazılır ki, o, həmin şəxsləri işə düzəldəcəyinə və onların yaxın qohumlarını həbsdən azad etdirəcəyinə vəd edərək onları aldadıb.
M.İlyasov barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq, külli miqdarda), 34, 312-ci (rüşvətə təhrik etmə) və 320-ci (sənədləri məhv etmə) ittihamı irəli sürülüb.
Qeyd edək ki, o Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin keçmiş əməkdaşı olub.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ
