Nazirlik general-mayorla bağlı məlumata aydınlıq gətirdi
Daxili İşlər Nazirliyi polis general-mayoru Elxan Həsənovun təqaüdə göndərilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Minval.info-nun məlumatına görə, Nazirliyin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə APA-ya bildirib ki, bəzi KİV-də Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Elxan Həsənovun təqaüdə göndərilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir: “Bununla bağlı müvafiq əmrin imzalanması barədə yayılan məlumatlar yalandır. Polis general-mayoru Elxan Həsənov hazırda xidməti vəzifəsini icra edir”.
Qeyd edək ki, bu gün bəzi KİV-də E. Həsənovun təqaüdə göndərilməsi ilə bağlı məlumatlar yayılıb.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Xatırladaq ki, polis general-mayoru Elxan Həsənov daxili işlər orqanlarında peşəkar polis əməkdaşlarından biri hesab olunur. Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin qorunmasında və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2002-ci ildə “İgidliyə görə”, 2018-ci ildə “Vətən uğrunda” medalları ilə təltif edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda