Nazirdən yeni təyinatlar
Kənd Təsərrüfatı Nazirliyinin elm və təhsil şöbəsinin müdiri Firdovsi Fikrətzadə Aqrar Tədqiqatlar Mərkəzi direktorunun müşaviri təyin olunub.
“Minval.info”nun fed.az-a istinadən məlumatına görə, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Vüqar Hüseynov bildirib ki, İstehsal müəssisələri ilə iş şöbəsinin müdiri Aydəm İsmayılov isə “Green Park Azərbaycan” MMC-nin direktoru vəzifəsinə təyin edilib.
Eyni zamanda nazirin innovasiyalar üzrə müşaviri Şəbnəm Məmmədova və texniki siyasət şöbəsinin müdiri Vüqar Babayev şəxsi karyera planları ilə əlaqədar işdən ayrılıblar: “Həm Şəbnəm xanım, həm Vüqar müəllim yüksək keyfiyyətli kadrlardır. Onların işdən ayrılması şəxsi karyera planları ilə bağlıdır. Hər iki şəxs fəaliyyətlərini yeni layihələrdə davam etdirmək istədiklərini bildiriblər və onların qərarına hörmətlə yanaşılıb”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bağlanan banklarda krediti olanların nəzərinə - Pulunuzu belə alın
"Məndən nə istəyirsiz, koronavirusu Azərbaycana mən gətirmişəm?"
Jurnalist Aytən Məmmədova bıçaqlı hücuma məruz qalıb
Deputat seçilən Nigar Arpadarai vəzifəsindən istefa verir
“Anam onlara koronavirusdan öldüyümü dedi” - Film kimi dələduzluq
