Nazirdən yeni təyinat
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinat olub.
Nazirlikdən daxil olan məlumata görə, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əmrinə əsasən, Hidayət Abdullayev nazirliyin aparat rəhbəri vəzifəsinə təyin olunub.
H.Abdullayev 1979-cu ildə anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin bakalavr, 2004-cü ildə Odlar Yurdu Universiteti ilə birgə Corciya (ABŞ) Dövlət Universitetinin təşkil etdiyi Biznesin idarəolunması fakültəsinin beynəlxalq biznes ixtisası üzrə magist dərəcəsini alıb.
2011-ci ildən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində şöbə müdirinin müavini, 2013-cü ildən həmin Nazirlikdə beynəlxalq layihə üzrə müdir müavini vəzifələrində işləyib. 2018-ci ilin avqust ayından hazırkı vəzifəsinə qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Müğənni tanıyıram ki, karantindən sonra toy qiymətlərini qaldırıb”
Azərbaycanda bu maşınların istifadəsi qadağan ediləcək
Bakıda AİLƏ DƏHŞƏTİ: Qayınanasını öldürdü, arvadını isə yaraladı
"Şəhidimizin anasının ölüm xəbəri YALANDIR"
Nişan xonçaları məzarı üzərinə qoyulan şəhid - VİDEO
Qadına maşında təcavüz edən qohumlara ağır cəza verildi
Suriyaya gedən azərbaycanlıdan ŞOK ETİRAF: “Zorla evləndim, kafir dedilər”