Nazir texniki səhvə görə 190 manat ala bilməyənlərdən danışdı
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev 190 manatlıq birdəfəlik yardım üçün qeydiyyatdan keçərkən texniki səhvə yol verdiyinə görə imtina alan, lakin real olaraq bu yardımı alacaq şəxslərin kateqoriyasına daxil olan şəxslərin təkrar müraciət etməsinin mümkün olub-olmaması haqda danışıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, nazir bildirib ki, bu gün yenidən müraciətlərə başlanılsa, manipulyasiya edilə bilər və hər kəs faktiki yaşayış ünvanı kimi Bakını qeyd edə bilər: “Biz qeydiyyat ünvanını yoxlaya bilirik, amma faktiki yaşayış ünvanını yoxlaya bilmirik. İndi təkrar müraciət açılsa və hər kəs yaşayış ünvanı kimi Bakını qeyd etsə, necə olacaq? Həmçinin, son 3 ayın gəlirləri barədə bəyənnamələr hələ verilməyib. Biz müraciət edən şəxslərin gəlirlərini yoxlaya bilməyəcəyik ki, bu şəxs aztəminatlı kriteriyalara uyğun gəlir ya yox.
Həmçinin, həqiqətən aztəminatlı olan şəxslərə ictimai işlər təklif edirik”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır
Velosiped və skuterlərlə bağlı yeni təklif: tələbələrə güzəşt edilə bilər