Nazir rəisi 10 minlik yeyintiyə görə işdən çıxarıb
Bu gün mədəniyyət naziri Anar Kərimovun Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayevi vəzifəsindən azad etməsinin səbəbi məlum olub.
“Minval.İnfo” qafqazinfo-ya istinadən xəbər verir ki, idarə rəisi keçirdiyi şübhəli tenderlə bağlı işdən çıxarılıb. Belə ki, bir gün əvvəl sosial şəbəkələrdə Xaçmaz Regional Mədəniyyət İdarəsinin kompüter proqramları və antivirus proqramlarının alınmasına dair elan etdiyi şübhəli tenderin nəticələri müzakirələrə səbəb olub. “Dövlət satınalmalarının vahid elektron portalı”ına daxil edilmiş məlumata əsasən, Məmmədli Malik Mikayıl oğlu adlı şəxs bu tenderin qalibi elan edilib. O, yerli mədəniyyət idarəsinə 10 min 426 manat məbləğində kompüter proqramı satıb.
Bu məbləğin yüksək olması birmənalı qarşılanmayıb. Buna səbəb isə tələb olunan antivirus proqramının illik ödənişinin qat-qat ucuz olmasıdır. Bundan əlavə, məlumdur ki, bu cür müəssisələrdə adətən az güc sərf edən ofis proqramları lazım olur.
ƏLAQƏLİ
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Sözügedən tenderin nəticəsi açıqlandıqdan sonra sosial şəbəkələrdə nazirin idarə rəhbəri barədə müvafiq qərar verəcəyi barədə müzakirələr gedirdi.
Həmçinin ehtimal olunur ki, tender Anar Kərimovun bir müddət öncə baş tutan təyinatından əvvəl elan olunub və qalib seçilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Əməkdar artist Gülüstan Əliyeva illər sonra yenidən "Leyli" rolunda
Dilarə Kazımova məşhur mahnıya yeni nəfəs verdi
Tünzalə Ağayeva Zaqrebdə Azərbaycan musiqisini təmsil etdi
Röya Ayxanın yeni mahnısı "Baldır Yar" təqdim edildi
Əməkdar artistlər 24 il sonra eyni mahnını təkrar ifa etdilər
Üzeyir Hacıbəyli festivalı musiqi irsini yaşadır